USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Britaniyalı akademik: COP29 Azərbaycan üçün mühüm bir addımdır


  • Sosial
  •  15:38 07.09.2024
  •  36
https://img.baki-baku.az/news/2024/09/photo_14301.jpg

Azərbaycanın növbəti COP tədbirinə ev sahibliyi edəcəyini öyrənmək məni çox sevindirir. Bu, böyük bir addımdır və ciddi öhdəlik tələb edir. Açıq-aydın görünür ki, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürmək üçün lazım olan potensiala malikdir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Lafboro (Loughborough) Universitetinin professoru və İqlimə Uyğun İnkişaf Proqramının (The Climate Compatible Growth Programme) direktoru, akademik Mark Hovells AZƏRTAC-a açıqlamasında deyib. O, Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə toxunaraq qeyd edib ki, iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin bir hissəsi olmaq olduqca vacibdir:

“İqlim dəyişikliyi ilə mübarizədə qlobal bir ailənin üzvü olmaq çox önəmlidir və Azərbaycan bu sahədə vacib bir qlobal iştirakçıdır. Gələcəkdə hansı yolla irəliləyəcəyimizi müəyyən etmək üçün müxtəlif hökumətlərdən, nümayəndələrdən və digər sahələrdən fikir liderləri ilə əlaqə qurmaq fürsətini səbirsizliklə gözləyirəm. Azərbaycan üçün bu, böyük bir addımdır və ciddi öhdəlik tələb edir; açıq-aydın görünür ki, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürmək üçün lazım olan potensiala malikdir. Azərbaycana uğurlar arzulayıram. Mən də COP-a qatılma şansına sahib olduğum üçün çox xoşbəxtəm”, - deyə Mark Hovells qeyd edib.

O, Lafboro Universitetinin beynəlxalq əhəmiyyətli bir proqram olan və Britaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən İqlimə Uyğun İnkişaf Proqramının mərkəzi olduğunu qeyd edib. Mark Hovells beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməkdə çox maraqlı olduqlarını vurğulayıb:

“İqlim dəyişikliyi problemi, bu məsələ ilə bağlı çətinliklər və fürsətlər təkcə fərdlər və ya fərqli ölkələr tərəfindən həll edilə bilməz. Bizim hər birimizin fərqli təcrübələri və təqdim edə biləcəyimiz müxtəlif fikirlər və innovasiyalar var, buna görə beynəlxalq əməkdaşlıq əhəmiyyətlidir. COP konfransı belə müzakirələrin aparılması üçün çox vacib bir platforma təqdim edir. Azərbaycanın COP29-dakı liderliyinin nələrə imkan yaradacağını görmək üçün səbirsizliklə gözləyirəm”, - deyə o əlavə edib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Sosial