USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

COP29 Azərbaycan Sədrliyinin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün ikinci brifinqi keçirilib


  • Sosial
  •  13:44 07.09.2024
  •  35
https://img.baki-baku.az/news/2024/09/photo_14293.jpg

Sentyabrın 6-da COP29 Azərbaycan Əməliyyat Şirkəti (ƏŞ) Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün COP29 konfransına hazırlıq prosesi və tədbir planları ilə əlaqədar ikinci brifinqini keçirib.

Tədbirə COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev, həmçinin Bakıda rəsmi səfərdə olan UNFCCC Konfrans İşləri Şöbəsinin direktoru Wasim Mir və BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon iştirak ediblər. Hibrid formatda təşkil edilən interaktiv brifinqə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər şəxsləri ilə yanaşı, ölkəmizdə akkreditə olunmuş və xarici ölkələrdə yerləşən diplomatik korpusun nümayəndələri də daxil olmaqla, ümumilikdə 150-dən artıq diplomat qoşulub.

Brifinqdə geniş təqdimatla çıxış edən Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə aparılan intensiv hazırlıq prosesi, konfransın keçiriləcəyi Bakı Stadionunda COP29-la bağlı müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. COP29 zamanı bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması üzrə irəliləyişlər barədə ətraflı məlumat verilərək, işlərin plana uyğun şəkildə davam etdirildiyi bildirilib.

Tədbirə qatılan diplomatların diqqətinə çatdırılıb ki, COP29-da iştirakın təşkilati tərəfinin səmərəli və rəvan şəkildə təmin edilməsi üçün bir sıra addımlar atılıb. Belə ki, UNFCCC tərəfindən təşkil olunan konfransa qeydiyyat prosesi, son dövr ərzində istifadəyə verilmiş COP29 xüsusi viza xidmətinin istifadəyə verilməsi, media nümayəndələrinin akkreditasiyası, radioelektron avadanlıqların qeydiyyatdan keçirilməsi və müvəqqəti radiospektrin ayrılması, COP29 Yaşıl Zonasında tədbirlərin təşkili üçün yaradılmış infrastruktur və məkanların rezervasiyası, tərcümə xidmətinin rezervasiyası üçün bir sıra müxtəlif portalların fəaliyyəti ətraflı izah edilib.

Qlobal əhəmiyyətli konfransda iştirak üçün Bakıya gələcək minlərlə beynəlxalq nümayəndənin müsbət ziyarətçi təcrübəsinin təmin olunması məqsədilə tətbiq ediləcək nəqliyyat, qonaqlama və qidalanma istiqamətində görülmüş işlər, nəzərdə tutulan əlavə tədbirlər brifinq iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, intensiv şəkildə davam edən əməliyyatların bütün fazalarında ƏŞ-nin əsas hədəflərindən biri ekoloji təsirləri və karbon ayaq izinin yolverilən minimumda saxlanılmasıdır.

Prezidentin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev COP29 çərçivəsində təşkil ediləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak üçün Bakıya gələcək dövlət və hökumət rəhbərlərinə, rəsmi heyətlərinə şamil olunan imtiyazlar, qarşılama, yerləşdirilmə və nəqliyyat məsələlərində protokolla bağlı yer alan məqamlara toxunub. O, Heydər Əliyev Beynəlxalq Aeroportunun tədbir zamanı fəaliyyət sxemi, şəhərdaxili nəqliyyatın təmin edilməsi, eləcə də Dünya İqlim Fəaliyyəti Sammitinin gündəliyi haqqında diplomatları məlumatlandırılıb.

Tədbir iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirə və sual-cavab sessiyası ilə davam edib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Sosial