USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türk Dövlətlərinin I Tibb Konqresi öz işinə başlayıb


  • Sosial
  •  18:23 06.09.2024
  •  38
https://img.baki-baku.az/news/2024/09/photo_14279.jpg

Türkiyənin İstanbul şəhərindəki Yeditəpə Universitetində Naxçıvan Dövlət Universitetinin (NDU) də təşkilatçısı olduğu, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanın bir sıra universitetlərinin iştirakı ilə Türk Dövlətlərinin I Tibb Konqresi (II Tibbi Forum) öz işinə başlayıb.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konqresin açılış tədbirində təşkilat komitəsinin koordinatoru prof.dr. Erkut Attar, Yeditəpə Universitetinin rektoru, konqresin həmsədri, prof.dr. Canan Aykut Bingöl, Yeditəpə Universitetinin qurucusu Bedreddin Dalan, Naxçıvan Dövlət Universitetinin rektoru, konqresin həmsədri Elbrus İsayev və digərləri çıxış ediblər.

Elbrus İsayev qeyd edib ki, Naxçıvan Dövlət Universiteti olaraq, belə bir mötəbər tədbirin təşkilatçıları sırasında olmaq qürurvericidir.

“Bu konqres türk dünyasının tibb sahəsindəki əməkdaşlığını möhkəmləndirmək, ortaq problemlərə həll yolları tapmaq və tibb təhsilinin daha yüksək səviyyəyə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2022-ci ildə Naxçıvan Dövlət Universitetində keçirilən I Beynəlxalq Tibbi Forum göstərdi ki, türk dövlətləri tibb elmi və təhsil sahəsində geniş əməkdaşlıq imkanlarına malikdir. Həmin forumda tibb sahəsində çoxsaylı məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb və birgə layihələr üçün zəmin yaradılıb. Bu forumun davamı olaraq, bu gün burada türk dövlətlərinin qabaqcıl universitetlərinin nümayəndələri ilə bir araya gəlmək və birgə addımlar atmaq sevindirir. Bugünkü konqres, tibb sahəsində qabaqcıl elmi nailiyyətlərin paylaşılması, yeni texnologiyaların tətbiqi, həmçinin türk dünyasında tibbin inkişafı üçün ortaq strategiyaların müəyyənləşdirilməsi üçün bir platformadır. Biz inanırıq ki, bu tədbir nəticəsində türk dünyasının tibb sahəsindəki potensialı daha da genişlənəcək və birgə səylərimizlə gələcək nəsillərə daha sağlam və rifahlı bir cəmiyyət bəxş edəcəyik”, - deyə NDU-nun rektoru qeyd edib.

Sonra 2022-ci ildə Naxçıvan Dövlət Universitetində keçirilmiş I Tibbi Foruma həsr olunmuş videoçarx təqdim olunub.

Bədii hissədə Azərbaycan və Özbəkistanın Xalq Artisti Gülyanaq Məmmədovanın, “Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun rəhbərliyi ilə muğam heyətinin, Türk Sənət Musiqisinin solistləri Eda Karaytuğ, İlker Çelik, Nigar Akan və digər sənətçilərin ifalarında konsert proqramı təqdim olunub.

Konqres öz işini bölmə iclasları ilə davam etdirib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Sosial