- Dünya
- 11:07 10.09.2024
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator xanım Sitarə Ayaz ilə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.