USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masa keçirilib


  • Sosial
  •  18:38 24.07.2024
  •  75
https://img.baki-baku.az/news/2024/07/photo_13536.jpg

Türk Ağsaqqalları İctimai Birliyi -TAİB-in təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masa keçirilib.

İctimai Birlikdən  verilən məlumata görə, tədbirdə əzəli və əbədi yurd yerimiz olan Qərbi Azərbaycana qayıdışımızın qüdrətli Azərbaycan dövlətinin əsas hədəflərindən biri olduğu, Prezident İlham Əliyevin bu məsələyə ayırdığı xüsusi diqqət və qayğı qeyd olunub.

Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Qərbi Azərbaycan İcması yurd yerlərimizə qayıdış üçün soydaşlarımız arasında və beynəlxalq təşkilatlarla əsaslı işlər görür.

Çıxışlarda Azərbaycan diasporunun mütəşəkkilliyinin möhkəmlənməsi, ölkəmizə dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsindən də söhbət açılıb.

Eyni zamanda, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin fəaliyyətindən və keçirdikləri tədbirlərdən bəhs olunub. Vurğulanıb ki, bu tədbirlər beynəlxalq ictimaiyyəti maarifləndirmək baxımından yüksək qiymətləndirilir.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Sosial