USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ANAMA-nın əhaliyə növbəti çağırışı


  • Sosial
  •  14:29 20.07.2024
  •  62
https://img.baki-baku.az/news/2024/07/photo_13481.jpg

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Kəlbəcərdə baş verən mina hadisəsindən sonra növbəti dəfə əhaliyə çağırış ünvanlayıb. Çağırışda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etmələri, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaları və bələd olmadıqları ərazilərə daxil olmamaları qeyd olunub.

Mina təhlükəsi ilə bağlı mütləq riayət edilməli qaydalar aşağıdakılardır:

* Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!

* Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!

* Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!

Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Nəticədə minaya düşən sakin və ona kömək etmək istəyən daha bir şəxs yaralanıb. Daha sonra hər iki yaralıya kömək etmək istəyən üçüncü sakinin əraziyə daxil olması ilə ikinci partlama baş verib və xəsarət alanların sayı üçə çatıb.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Sosial