USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İlin birinci yarısında 187 repatriantla sosial reabilitasiya işi aparılıb


  • Sosial
  •  17:37 19.07.2024
  •  70
https://img.baki-baku.az/news/2024/07/photo_13467.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu ilin birinci yarısında 187 repatriantla sosial reabilitasiya işi həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılıb. Qiymətləndirmənin nəticəsinə uyğun reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilib.

Qeyd edək ki, ümumilikdə, Agentlik tərəfindən ölkəmizə repatriasiya olunmuş 528 şəxs sosial reabilitasiya və reinteqrasiya xidmətləri ilə təmin edilib.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Sosial