USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Salyan və İsmayıllıda çətənə kolları aşkarlanıb


  • Sosial
  •  12:00 19.07.2024
  •  74
https://img.baki-baku.az/news/2024/07/photo_13460.jpg

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 18-də ümumi çəkisi 7,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 102 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şorsulu kənd sakini Thmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 57 ədəd çətənə kolu, 28 ədəd çətənə kolunun hissələri və 450 qram marixuana aşkar ediblər.

Faktlarla bağlı araşdırma aparılır. Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

 




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Sosial