USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baykal – ən dərin göl

O, kosmosdan baxanda nəhəng ayparanı xatırladır 


  • Sosial
  •  10:41 25.06.2024
  •  58
https://img.baki-baku.az/news/2024/06/photo_13059.jpg

Yer kürəsinin ən böyük şirinsulu gölü olan Baykalın dərinliyi 1642 metrə çatır (Xatırladaq ki, Xəzər dənizinin ən dərin nöqtəsi 1025 metrdir). Şərqi Sibirin cənubunda yerləşən tektonik mənşəli bu gölün təxminən 25 milyon il bundan əvvəl yarandığı ehtimal olunur.

XIX əsrin məşhur Sibir tədqiqatçısı, coğrafiyaçı, geoloq, belarus əsilli alim – İvan Çerski yazırdı ki, Baykal gölünə 336 çay axır. Son zamanlar isə bəzi mənbələrdə göstərilir ki, gölə 540-dan çox çay tökülür. Bu dürüstləşdirmənin müəllifləri öz arqumentlərini əsaslandırmaq üçün Baykala axan böyük çaylara tökülən kiçik çayların çox olduğunu söyləyirlər. Böyük çaylar isə Selenqa, Yuxarı Anqara, Barquzin, Turka, Qarlı çay, Kiçera, Tıya, Qoloustnaya və Buquldeyka çaylarıdır. Göldən axıb gedən çay isə ancaq Aşağı Anqaradır. Müqayisə üçün bildirək ki, Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan ancaq doqquzunun mənsəbi delta xarakterlidir. Yəni qalan çaylar bir-birinə qarışaraq dənizə axır. 

Rusiya Federasiyasının İrkutsk vilayəti və Buryatiya Respublikasının sərhədində – Asiyanın mərkəzində yerləşən bu gölün kosmosdan görüntüsü nəhəng ayparanı xatırladır. Gölün dibinin dərin hissələri dünya okeanı səviyyəsindən 1187 metr aşağıda, suyun səthi isə dəniz səviyyəsindən 456-457 metr hündürlükdədir. 

Rusiya Federasiyası Hidrotexniki Qurğular və Dövlət Su Kadastrının Registr Mərkəzinin direktoru Sergey Bednarukun fikrincə, 31722 kvadratkilometr səthə malik olan Baykal gölünün ərazisi Belçika və ya Niderland ölkələrinin ərazisinə bərabərdir. Gölün səthi böyüklüyünə görə dünyanın böyük gölləri arasında yeddinci yerdədir. Şirinsulu göllərin isə ən böyüyüdür. 

Baykalı cazibədar edən faktlardan biri də onun bütün tərəflərdən dağ silsilələri ilə əhatə olunmasıdır. Bu göl şirin su ehtiyatlarına görə də dünyada birinci yerdədir. Hətta, Şimali Amerikanın Miçiqan, Quron, Yuxarı, Eri və Ontario adlı beş gölünün birlikdə olan su tutumu Baykalın su tutumundan azdır. Bu göstəriciyə görə Baykal ancaq Xəzərdən geridə qalır.

Baykalın suyunun şəffaflığından məmnun olan turistlər yazırlar ki, hətta suyun 40 metr dərinliyində olan daşları da aydın şəkildə saymaq olar. Təbii ki, bu hala yazda rast gəlmək olur. Yayda və payızda – Günəşin suyu isitdiyi aylarda Baykalda bitki və canlılar o qədər fəallaşırlar ki, su mavi-yaşıl və daha çox yaşıl rəngdə görünür. 

Bu göldə 27 ada var. Onlardan 12-si böyük adalar sırasındadır. O da məlumdur ki, Baykalın ərazisi yüksək seysmik zonaya daxildir. Burada az qala hər gün bir-iki ballıq zəlzələ olur. Ancaq 1862-ci ildə 10 ballıq zəlzələ qeydə alınmış, Selenqa çayının deltasında 200 kvadratkilometrlik ərazi su altında qalmışdı. Elə Baykal sözü də buryat dilində odpüskürən dağ mənasını verir. Sonda onu da əlavə edək ki, Baykalda 2630 növ heyvan və su bitkiləri mövcuddur. Hazırda bu gölün sahillərində 100 min nəfərin yaşadığı 85 yaşayış məntəqəsi var. 

İttifaq MİRZƏBƏYLİ 

 




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İttifaq MİRZƏBƏYLİ