USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Media ayı” çərçivəsində RİİB könüllüləri üçün təlimlərə başlanılıb


  • Sosial
  •  18:29 13.06.2024
  •  106
https://img.baki-baku.az/news/2024/06/photo_12970.jpg

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində “Media ayı”na start verilib.

MEDİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin olunmasında gənclərin rolunu artırmaq, eyni zamanda, onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirməkdir.

“Media ayı” çərçivəsində iyunun 10-12-də Şirvan, Mingəçevir və Lənkəranda videoqraf Oqtay Qasımov “Mediada rəqəmsal bacarıqlar: Effektiv videokontentin hazırlanmasının əsasları”, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı “Media savadlılığı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə “Mediada yaradıcılıq və “storytelling” mövzularında təlim keçib.

Təlimin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, növbəti günlərdə digər regionlarda da könüllülər üçün media savadlılığı, informasiya təhlükəsizliyinin təmin edilməsi, dezinformasiya, ənənəvi və rəqəmsal media, sosial şəbəkələrdən düzgün istifadə və bir sıra vacib mövzularda təlim və vörkşopların keçirilməsi nəzərdə tutulur.




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Sosial