USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanla Kanada mina təhlükəsi ilə mübarizə sahəsində əlaqələri inkişaf etdirəcək


  • Sosial
  •  18:21 11.06.2024
  •  57
https://img.baki-baku.az/news/2024/06/photo_12939.jpg

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyəti sədrinin müavini Samir Poladov ölkəmizdə səfərdə olan Kanada Xarici İşlər Nazirliyinin Arktika, Avrasiya və Avropa İşləri üzrə baş direktoru Robert Sinkler və Kanadanın Türkiyə Respublikası, eləcə də Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliyinin ikinci katibi Holy Vayt ilə görüş keçirib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud olan mina problemi, mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar, eləcə də mina təhlükəsi ilə mübarizə sahəsində görülən işlər barədə qarşı tərəfə məlumat verib.

Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsasən ölkəmizin daxili resursları hesabına həyata keçirildiyini vurğulayan Samir Poladov minaların törətdiyi humanitar fəsadların aradan qaldırılması və mina təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq dəstəyin zəruri olduğunu diqqətə çatdırıb.

Robert Sinkler mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dəstəklənməsinin Kanada üçün qlobal prioritet məsələ olduğunu vurğulayıb. O həmin fəaliyyət sahəsi daxil olmaqla bir çox istiqamətlərdə ölkəmizlə əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını bildirib.




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Sosial