USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"WhatsApp"da xüsusi AI köməkçisi yaradılacaq


  • Sosial
  •  12:30 07.06.2024
  •  76
https://img.baki-baku.az/news/2024/06/photo_12868.jpg

"WhatsApp" mesenceri süni intellekt (AI) bazasında biznes hesablarının idarə edilməsi məqsədilə köməkçi funksiya tətbiq edəcək.

Bu barədə şirkətin təsisçisi Mark Tsukerberq bildirib. O, Braziliyada “Meta” şirkətinin konfransındakı çıxışında deyib: “İndi məqsədimiz süni intellektə əsaslanan tək köməkçi deyil, müxtəlif tapşırıqlar, o cümlədən biznes üçün bir neçə AI sistemi yaratmaqdır. Hər bir şirkət tez bir zamanda müştərilərlə ünsiyyət quracaq, onları müşayiət edəcək və kommersiya fəaliyyəti təşkil edəcək vasitəçi tapmağı bacarmalıdır”.

Təsisçinin “TechCrunch” portalının məlumatına görə, biznes hesablarının istifadəçiləri süni intellekt sistemlərindən istifadə edərək feysbuk və Instagram abunəçilərini vatsap çatına yönləndirəcək reklamlar yarada biləcəklər. Bundan əlavə, şirkət müştərilərin suallarına avtomatik cavab verə bilən süni intellekt sistemləri əsasında yardım masası hazırlayır.

Eyni zamanda, “Meta” müştərilərin onları rəsmi nümayəndələrdən gələn məlumatlardan fərqləndirmək imkanı əldə etmək üçün süni intellektdən istifadə etməklə yaradılan mesajları etiketləmək niyyətini açıqlayıb.

“TechCrunch”, həmçinin əlavə edib ki, WhatsApp həmin şirkətin yeniləmələrinə abunə olan bütün istifadəçilərə deyil, konkret auditoriyaya hədəflənmiş reklamlar və xəbərdarlıqlar göndərmək üçün süni intellekt texnologiyasından istifadə edəcək.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Sosial