USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

COP29 vahid onlayn rezervasiya platforması təqdim edilib


  • Sosial
  •  16:36 23.05.2024
  •  37
https://img.baki-baku.az/news/2024/05/photo_12584.jpg

COP29-a ev sahibliyi edəcək ölkə olan Azərbaycan bu gün vahid onlayn rezervasiya platformasını təqdim edib.

AZƏRTAC xəbər verir ki, platforma iştirakçılara noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında iştirak üçün hotel və digər yerləşmə vasitələrini rezerv etməyə imkan verəcək.

COP29 ofisində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib ki, rezervasiya platforması tədbirdə iştirak etmək istəyənlər üçün müxtəlif otaq növləri və logistika baxımından əlçatan olması kimi amillər əsas götürülməklə hazırlanıb.

Rezervasiya platforması bu gün saat 17:00-dan etibarən bronlar üçün https://cop29-accommodation.bnetwork.com  ünvanında aktiv olacaq.

“Biz dünya ölkələrini Bakıda qarşılamağa hazırlaşırıq. Bundan öncə COP tədbirlərinə ev sahibliyi etmiş ölkələrin qonaqlar üçün yerləşmə yerlərinin təmin olunması məsələsinə yanaşması tərəfimizdən öyrənilib və bu metodların bəzi elementləri tədbirin ev sahibi olaraq planlarımıza inteqrasiya edilib. Müxtəlif ölkələrdən iştirakçıların yerləşmə vasitələrini rahat və sürətli bron edə bilməsi üzrə işləri yekunlaşdırmışıq”, - deyə Azadə Hüseynova bildirib.

Dövlət Turizm Agentliyi bütün tədbir iştirakçılarının yüksək səviyyədə qarşılanmasını təmin etmək üçün şəhər və regiondakı hotellər, onlayn yerləşmə platformaları və digər yerləşmə vasitələri ilə sıx əməkdaşlıq edir.

Hazırda sistemdə mövcud olan yerləşmə vasitələri prosesin birinci mərhələsini əhatə edir. Növbəti mərhələlərdə alternativ hotellər və yerləşmə yerləri təqdim olunacaq.

Platformaya daxil olan hotellər keyfiyyət, yerləşmə və tədbir üçün təşkil olunacaq nəqliyyat xidmətləri əsasında seçilib. Agentlik tərəfindən 300-dən artıq yerləşmə müəssisəsi audit edilib və onlardan təxminən 200-ü təsnif edilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib və onlarda təkrar audit həyata keçiriləcək.

Azadə Hüseynova, həmçinin COP29-dan əvvəl Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən keyfiyyətli qonaqlama xidmətlərinin təşkili üzrə təlim proqramının təfərrüatlarını bölüşüb. O qeyd edib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 300-ə yaxın yerləşmə vasitəsinin 2 minə yaxın personalına xidmət keyfiyyətinin artırılması məqsədilə peşə təlimlərinin keçirilməsi üzərində işlər aparılır.

Bundan əlavə, agentlik tərəfindən 200 turizm bələdçisinə təlimlərin keçirilməsi və sertifikatlaşdırılması, eləcə də tədbir müddətində hotellərə dəstək olmaq üçün minə yaxın turizm könüllüsünə təlimlər keçirilərək müvafiq hotellərə təhkim olunması nəzərdə tutulur.




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Sosial