USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baş prokuror Düşənbədə işgüzar səfərdədir


  • Sosial
  •  16:47 16.05.2024
  •  63
https://img.baki-baku.az/news/2024/05/photo_12439.jpg

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun dəvəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərində işgüzar səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti Emomali Raxmonla görüşüblər.

Prezident iclasın işinə uğurlar arzulayaraq İƏT-ə üzv dövlətlər arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın önəmini, xüsusən cinayətkarlığa qarşı mübarizədə birgə səylərin regionumuzda sabitliyin və təhlükəsizliyin qorunmasında prokurorluq orqanlarının rolunu qeyd edib.

Görüşdə Baş prokuror Kamran Əliyev İƏT-ə üzv dövlətlərin baş prokurorları adından Tacikistan Prezidentinə görüşə görə təşəkkürünü bildirərək Prezident İlham Əliyevlə Tacikistan Prezidenti Emomali Raxmonun sarsılmaz səyləri nəticəsində ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Daha sonra İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 5-ci iclası keçirilib. İclasda çıxış edən Tacikistanın Baş prokuroru Yusuf Raxmon tədbirin əhəmiyyətini və beynəlxalq əməkdaşlığın mahiyyətini qeyd edib.

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə danışaraq terrorçuluğa və onun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda çıxış̧ edib. Ölkəmizin terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyaya qoşulduğunu, həmçinin milli qanunvericiliyin mövcud beynəlxalq standartlara uyğunlaşdırıldığını bildirib.

Kamran Əliyev torpaqlarımızın bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistanın bu ərazilərdə mina terrorunun müəllifi olduğunu qeyd edərək, işğal dövründə 1,5 milyondan çox mina basdırıldığını, birinci və ikinci Qarabağ müharibəsindən indiyədək təxminən 3 500 nəfər azərbaycanlının minadan zərər çəkdiyini, 4 000 şəxsin itkin düşdüyünü, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkarlandığı barədə ətraflı məlumat verib, terrorçuluqla mübarizədə səylərin beynəlxalq səviyyədə birləşdirilməsinin zəruriliyindən bəhs edib.

Baş prokuror çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarına məlumat verib. Eyni zamanda, Kamran Əliyev cari ilin sentyabrında ölkəmizin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına, noyabrda isə dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini bildirib.

Yüksək səviyyəli iclasda İƏT-in Baş katibi, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Tacikistan, Pakistan, Qırğızıstan, Türkmənistan və qonaq qismində dəvət olunmuş Səudiyyə Ərəbistanı Krallığının prokurorluq orqanlarının rəhbərləri iştirak ediblər.

Nümayəndə heyətinin Tacikistana səfəri davam edir.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Sosial