USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib


  • Sosial
  •  14:46 09.05.2024
  •  73
https://img.baki-baku.az/news/2024/05/photo_12326.jpg

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi bu ölkənin Qalyubiyyə vilayətində yerləşən Misir-Azərbaycan Dostluq Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən, vilayət məclisinin üzvləri, Qanatır şəhərinin meri və bələdiyyə üzvləri, Misirdəki Azərbaycan icması, yerli mətbuat nümayəndələri və ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini anıb, onun heykəli önünə əklil qoyub, parkda yerləşən kitabxanada Ulu Öndərə və Azərbaycana həsr edilmiş materiallarla tanış olublar.

Səfir Elxan Poluxov iştirakçılara müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Ulu Öndərin yaşadığı mənalı ömür yolu, dövlətçiliyimiz uğrunda apardığı mübarizə haqqında söhbət açan diplomat deyib: “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dövlətimizin müstəqilliyinin təməlini yaratmış, daha sonra isə onu qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmış qurucu və xilaskar dövlət xadimi kimi əbədilik qazanıb. O, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini layiqincə davam etdirən və daha da zənginləşdirən dahi rəhbərdir”.

Azərbaycanın Misirlə əlaqələrinin inkişafında Heydər Əliyevin rolu barədə danışan E.Poluxov bu əməkdaşlığın yüksək səviyyəsindən söhbət açıb, Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin 2007-ci ildə Misirə səfərini və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin 2023-cü ilin yanvarında Azərbaycana səfərini bu siyasətin uğurlu davamı kimi xarakterizə edib.

Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən Heydər Əliyevin dahi siyasi və dövlət xadimi olduğunu söyləyib. O qeyd edib ki, Heydər Əliyevi dünyanın ən böyük siyasətçiləri və dövlət xadimləri ilə müqayisə etmək olar, bu dahi şəxsiyyət mənsub olduğu Azərbaycan xalqının yeni minilliyə və yeni inkişaf yoluna qədəm qoymasını təmin edən bir lider kimi Misir xalqının da böyük hörmətini qazanıb.

Tədbirdə, həmçinin Misirdə keçirilmiş “Azərbaycanı tanı” adlı müsabiqənin qaliblərinə sertifikatlar təqdim edilib.

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar keçirilən tədbir yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb, yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Sosial