USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərərin maddi dəyəri ödənilməlidir


  • Sosial
  •  14:12 02.05.2024
  •  76
https://img.baki-baku.az/news/2024/05/photo_12226.jpg

Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə mədəniyyətləri, abidələri, xatirələri məhv edib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas mahiyyəti təkcə Azərbaycan üçün deyil, həm də bütün dünyanın mədəniyyət mirasını qorumaqla bağlıdır. Bu istiqamətdə görülən tədbirlər yetərli deyil. Mədəniyyətin əsaslı təminatı olan qeyri-hökumət təşkilatları, bir sözlə hər kəs bu məsələlərə etirazını bildirməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və xarici siyasət Şurasının üzvü Aygün Attar VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" adlı panel sessiyada çıxışında deyib.

Prezident İlham Əliyevin ötən gün Forumun açılışındakı çıxışını xatırladan A.Attar bildirib: “Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan 44 günlük müharibəyə məcbur qalıb. Məsələnin kədərli nəticəsi ondan ibarətdir ki, üç minə yaxın şəhid verib”.

İşğal dövründə Azərbaycanın təbiətinə də böyük zərər dəydiyini diqqətə çatdıran Aygün Attar əlavə edib: “Azərbaycanın ekologiyasına vurulan zərər həm də bütün dünyanın ekologiyasına vurulan zərərdir. Bu zərərin də maddi dəyəri ödənilməlidir”.

Otuz il boyunca Qarabağda məscidlərin tamamilə yox edildiyini qeyd edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri deyib: “UNESCO-da mədəni irsin qorunması ilə bağlı qanunu qəbul edənlər bu məsələdə səslərini çıxarmadı. Dünyada riyakar siyasət həyata keçirilir, ikili standartlar nümayiş etdirilir. Bütün bu baş verənlərin obyektiv şəkildə hesabı verilməlidir”.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Sosial