USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türk Ticarət və Sənaye Palatası: Türk iş dünyasının və Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır


  • Sosial
  •  10:52 30.09.2020
  •  454
https://img.baki-baku.az/news/2020/09/photo_1222.jpg

Türk Ticarət və Sənaye Palatasının (TOBB) sədri Rıfat Hisarcıklıoğlu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevə məktub göndərib.

Məktubda bildirilir ki, sentyabrın 27-dən başlayan hadisələri öz növbəsində TOBB diqqətlə izləyir və Ermənistanın bu təxribatlarının bölgəmizdəki sülh danışıqlarını baltaladığını bəyan edir.

"Bu təxribatlar beynəlxalq hüququ açıq şəkildə tapdalayır. Mülki əhali arasında itkilərə yol açan bu təxribatları şiddətlə qınayırıq. Ermənistan bu təxribatçı hərəkətlərilə bölgədə sülh və əmin-amanlıq üçün əsas təhlükə olduğunu bir daha göstərdi”, - deyən Rıfat Hisarcıklıoğlu Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün haqlı müdafiəsini dəstəklədiklərini qeyd edib.

"Bu dönəmdə türk iş dünyasının və Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır”,- söyləyən Rıfat Hisarcıklıoğlu beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırdı.

TOBB başkanı Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət diləyib, "Can Azərbaycan”a başsağlığı verib və yaralılara acil şəfa diləyib.

"Azərbaycan" qəzeti, 
30.09.2020




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Sosial