USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şeyxülislam: Azərbaycanın qlobal ideyaları bütün bəşəriyyətin mənafeyinə xidmət edir


  • Sosial
  •  14:23 01.05.2024
  •  81
https://img.baki-baku.az/news/2024/05/photo_12203.jpg

Dünyanın humanitar ideya mərkəzlərindən biri olan Azərbaycan qlobal məsələlərlə bağlı beynəlxalq əhəmiyyətli zirvə görüşlərinə uğurla ev sahibliyi etməkdədir. Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları bölgənin, həmçinin bütün bəşəriyyətin mənafeyinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan dini liderlərin Bakı görüşündə səsləndirib.

Şeyxülislam vurğulayıb ki, müxtəlif mədəniyyətlərin bir arada olması Rəbbimizin təqdiridir və bizim bir-birimizi daha yaxşı tanımağımıza xidmət edir.

“Bu gün dünyada sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş beynəlxalq terrorizm, ksenofobiya, antisemitizm, xristianofobiya, islamofobiyanın qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı hər zamankından daha vacibdir. Lakin real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Təəssüf ki, gərgin geosiyasi amillərlə yanaşı, teopolitik hədəflər gündəmə gətirilir. Halbuki təhlükə dindən deyil, dinin siyasiləşdirilməsindən irəli gəlir”, - deyə QMİ sədri diqqətə çatdırıb.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Sosial