USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib


  • Sosial
  •  17:05 24.04.2024
  •  47
https://img.baki-baku.az/news/2024/04/photo_12122.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) www.fhn.gov.az ünvanında yerləşən rəsmi internet informasiya resursunun tam yenilənmiş versiyasını istifadəyə verib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, internet informasiya resursunun yenidən hazırlanmasında məqsəd, ilk növbədə, istifadə rahatlığına, naviqasiya sadəliyinə malik, eləcə də müasir dizayn tendensiyaları və kibertəhlükəsizlik tələblərinə cavab verən, fərqli və diqqətçəkən məhsulun təqdim edilməsi olub.

Hazırlıq prosesində dövlət strukturlarının internet informasiya resurslarına tətbiq edilən qanunvericilik tələbləri nəzərə alınıb. İnternet informasiya resursunda nazirlik tərəfindən həyata keçirilən işlər, yeniliklər barədə bütün xəbərlər və multimedia resursları operativ şəkildə əks etdirilir.

Əsas səhifədəki müvafiq kateqoriyalarda nazirlik haqqında, ümumi qanunvericilik bazası, faydalı keçidlər, media üçün müxtəlif məlumatlar, maarifləndirmə, təlimlər, statistik məlumatlar, elanlar və sair yeni üslubda təqdim edilir. Əlavə olaraq, nazirlik tərəfindən göstərilən elektron xidmətlər sisteminə keçid imkanı yeni internet informasiya resursunda daha əlçatan təqdim edilib, bölmənin funksionallığı artırılıb. Həmçinin fiziki məhdudiyyətli şəxslərin internet informasiya resursundan istifadəsini genişləndirmək məqsədilə "Müyəssərlik menyusu" da əlavə olunub.




Redaktorun seçimi

Fransanın imperialist iddiaları həddini aşır
  • Daxili siyasət
  • 11:18 17.05.2024
Fransanın imperialist iddiaları həddini aşır
Dincliyi pozan kim oldu?
  • Siyasi təhlil
  • 09:30 17.05.2024
Dincliyi pozan kim oldu?
Məkanı səhv salmış “Keyhan”
  • Siyasi təhlil
  • 09:24 17.05.2024
Məkanı səhv salmış “Keyhan”
Sülhməramlılar xoş məramla yola salınır
  • Daxili siyasət
  • 09:15 16.05.2024
Sülhməramlılar xoş məramla yola salınır
Uğursuzların uğursuz revanşı
  • Siyasi təhlil
  • 09:13 16.05.2024
Uğursuzların uğursuz revanşı

Sosial