USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir


  • Sosial
  •  16:51 16.04.2024
  •  64
https://img.baki-baku.az/news/2024/04/photo_11977.jpg

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək 4 min 500 nəfərdən çox fermerə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun müvafiq əməkdaşları tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilir.

ANAMA-dan verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən təlimlər Yevlax rayonu, Sumqayıt və Gəncə şəhərlərində mərhələli şəkildə həyata keçirilir.

Təlimlərdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilir. Həmçinin fermerlərə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilir, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa dair təlimatlar təqdim olunur.

İşğaldan azad olunmuş ərazilərə səfər edən, bərpa və quruculuq işlərinə cəlb olunan, həmçinin sahibkarlıqla məşğul olan hər kəs, mütləq şəkildə xüsusi davranış və təhlükəsizlik qaydalarına əməl etməlidir.




Redaktorun seçimi

Bakı təhdidləri cavabsız qoymayacaq
  • Daxili siyasət
  • 10:31 20.05.2024
Bakı təhdidləri cavabsız qoymayacaq
Paşinyan, yoxsa katolikos?
  • Daxili siyasət
  • 09:56 20.05.2024
Paşinyan, yoxsa katolikos?
Ankaradan dünyaya yeni düzən mesajları
  • Daxili siyasət
  • 14:07 18.05.2024
Ankaradan dünyaya yeni düzən mesajları
Balasanyan üçün Bakı həbsxanası
  • Daxili siyasət
  • 12:34 18.05.2024
Balasanyan üçün Bakı həbsxanası

Sosial