USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bu ilin birinci rübündə Naxçıvanda vergi xidmətləri ilə bağlı 8 minə yaxın müraciət olub


  • Sosial
  •  11:08 15.04.2024
  •  80
https://img.baki-baku.az/news/2024/04/photo_11949.jpg

Cari ilin yanvar-mart aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergiödəyicilərinə xidmət strukturlarında ümumilikdə 7986 şəxs qəbul edilib.

Vergi Xidmətinə istinadla xəbər verilir ki, xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 10 min 130 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

Cari ilin yanvar-mart aylarında vergiödəyicilərinə 162 min 514 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergiödəyiciləri ilə 25 görüş keçirilib, 166 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1300 müraciət üzrə 2355 Asan İmza sertifikatı verilib.

Bu ilin 1-ci rübü ərzində Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergiödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 7451 şəxs qəbul edilib və onlara 9510 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

 




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Sosial