USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“YAŞAT” Fondunun Himayəçilik Şurasının iclasında gələcək fəaliyyətinə dair planlar və təkliflər müzakirə olunub


  • Sosial
  •  15:54 08.04.2024
  •  92
https://img.baki-baku.az/news/2024/04/photo_11912.jpg

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev Fondun bu günə qədər həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Həmçinin gələcək fəaliyyətə dair planlar, nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun hesabatının əks olunduğu təqdimatla çıxış edib.

Himayəçilik Şurasının üzvləri də cari məsələlər, həmçinin gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyənləşdirilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial