USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ombudsman Daxili Qoşunların hərbi hissəsinə baş çəkib


  • Sosial
  •  18:31 05.04.2024
  •  82
https://img.baki-baku.az/news/2024/04/photo_11887.jpg

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) ilə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq ombudsman Səbinə Əliyeva və Aparatın nümayəndələri DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ombudsman və Ombudsman Aparatının nümayəndələri hərbi hissənin qərargahına, əsgər yataqxanasına, tibb məntəqəsinə, yeməkxanaya, ərzaq və əşya anbarlarına baxış keçiriblər.

Müvəkkil qərargahda hərbi hissənin Şərəf kitabına ürək sözlərini yazıb, eyni zamanda, Daxili Qoşunların Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçularının xatirəsinə həsr edilmiş guşələrlə tanış olub.

Şəxsi heyət üçün yaradılmış mənzil-məişət şəraiti, hərbi qulluqçuların əşya və ərzaq təminatının keyfiyyəti, onların yaxınları ilə əlaqə saxlamaları üçün quraşdırılmış taksofon aparatlarının olması müsbət qiymətləndirilib.

Ombudsman hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüşüb. Hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, şəxsi heyətə ombudsmana müraciət formaları, həmçinin “916” - Çağrı Mərkəzi barədə məlumat verilib. Həmçinin müvafiq məlumat lövhələri şəxsi heyətə uyğun olan yerlərdə yerləşdirilməsi üçün hərbi hissə rəhbərliyinə təqdim edilib.

Görüşdə Səbinə Əliyeva hərbi hissə komandirinə xatirə hədiyyəsi və hərbi hissənin kitabxanası üçün müvafiq kitablar təqdim edib.

Sonra ombudsman Daxili Qoşunların rəhbərliyi ilə gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə edib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial