USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib


  • Sosial
  •  15:08 04.03.2024
  •  272
https://img.baki-baku.az/news/2024/03/photo_11509.jpg

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı-publisist Dürdanə Qaraşovanın Cəbrayılın ilk şəhidi Çingiz Musa oğlu Qasımova həsr edilmiş "Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib. 

Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın bütün bölgələri kimi, Cəbrayıl rayonunun qəhrəman övladlarının əzmlə mübarizə apardıqlarının bildirildiyi toplantıda vurğulanıb ki, Ç.Qasımovla bağlı kitab xatirələr toplusudur. Tədbir iştirakçıları Azərbaycanın suverenliyi uğrunda canından keçmiş Vətən övladlarının xatirələrinin yaşadılması üçün vətənpərvərlik mövzusunda əsərlərin yazılmasının və digər tədbirlərin görülməsinin vacibliyini əsaslandırmaqla yanaşı, onların döyüş yolun əks etdirən filmlərin çəkilməsinin də əhəmiyyətinə toxunublar.

Toplantıda şəhidin ailə üzvləri Ç.Qasımov ilə bağlı xatirələri bölüşərək,  tədbirin məhz mədəniyyət ocağı olan Gənclər  Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduqlarını qeyd ediblər.

Yazı-publisist D.Qaraşovanın müəllifi olduğu “Cəbrayılın ilk şəhidi” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial