USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ rəsmisi: Birləşmiş Ştatlar COP29-da Bakının iqlim prioritetlərini tam dəstəkləyir


  • Sosial
  •  12:13 17.02.2024
  •  82
https://img.baki-baku.az/news/2024/02/photo_11233.jpg

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Münxendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Qofri Pyatt ilə görüşüb.

 Qofri Pyattın “X” hesabına istinadla xəbər verilir ki, Münxendə keçirilən bu görüşün əsas məqsədi COP29 çərçivəsində Bakının iqlim prioritetlərinə dəstək, metan emissiyalarının azaldılması, o cümlədən Xəzər regionunda enerji marşrutlarının və təchizatının şaxələndirilməsi məsələlərini müzakirə etmək olub.

ABŞ rəsmisi qeyd edib ki, Birləşmiş Ştatlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Bakının iqlim prioritetlərini tam dəstəkləyir.

Xatırladaq ki, bu il Azərbaycanda COP-un 29-cu sessiyası keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial