USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dövlət Sərhəd Xidmətinin rəisi yaralanmış hərbi qulluqçunu ziyarət edib


  • Sosial
  •  18:58 14.02.2024
  •  83
https://img.baki-baku.az/news/2024/02/photo_11159.jpg

Fevralın 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunu ziyarət edib, müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib ki, əsgər P.Xəlilzadə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Neyrocərrahiyyə xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib.

 




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial