USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

MSK veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısını dərc edib


  • Sosial
  •  12:35 02.02.2024
  •  120
https://img.baki-baku.az/news/2024/02/photo_10901.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilib. Secki-2024.az saytı xəbər verir ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Veb-kamera quraşdırılan məntəqələrin siyahısı ilə MSK-nın saytına keçid edərək tanış olmaq olar.

Qeyd edək ki, Səsvermə günü seçki məntəqələrində proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün veb-kameraların tənzimlənməsi və digər texniki parametrlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılaraq daha da təkmilləşdirilib. Belə ki, veb-kameraların müşahidə sistemi tam yenilənərək yeni nəsil müşahidə sistemi tətbiq olunub və əvvəlki illərdəkindən 2 dəfə daha yüksək görüntü effektinə, optimal şəbəkə utilizasiyasına, avtofokuslama və s. kimi mühüm xüsusiyyətlərə malik kameralar quraşdırılıb. Həm müşahidə sisteminin avadanlıq və proqram təminatı baxımından komponentləri, həm də səsvermə günü seçki məntəqələrindəki prosesləri canlı izləmək üçün nəzərdə tutulan internet səhifəsi tam şəkildə yenilənib.  Sözügedən veb-kameralar istər ölkə daxilində, istərsə də xaricdəki internet istifadəçilərinə səsvermə günü Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini fasiləsiz müşahidə imkanı yaradacaq.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial