USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qubada 294 şagird yerlik yeni məktəb binası inşa olunub


  • Sosial
  •  10:36 26.01.2024
  •  85
https://img.baki-baku.az/news/2024/01/photo_10801.jpg

Quba rayonunun Vəlvələ kəndində 294 şagird yerlik yeni məktəb binası inşa olunub.

 Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbin köhnə binası 80 il öncə tikilmişdi. Binada tədris prosesini müasir dövrün tələblərinə uyğun təşkil etmək mümkün deyildi. Buna görə də köhnə bina sökülərək yerində müasir üçmərtəbəli yeni bina tikilib.

Müasir məktəb binasında sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana var. Təhsil müəssisəsi istilik və işıqlandırma sistemi ilə təchiz edilib.

Yeni məktəb binası yaxın gələcəkdə istifadəyə veriləcək.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən  bildirilib ki, hazırda Xaçmaz rayonu Palçıqoba kənd tam orta və Qusar rayonu Hil sirt kənd ümumi orta məktəblərində də tikinti işləri davam edir.

Bu yaxınlarda isə Qusar rayonu Kuzunqışlaq və Cibir kənd tam orta, həmçinin Quba rayonu Hacıhüseynli kənd tam orta məktəblərinin yenidən tikintisinə, Şabran rayonu Ağalıq kənd tam orta məktəbi üçün isə yeni tədris korpusunun inşasına başlanılacaq.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial