USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa təşkil olunub


  • Sosial
  •  19:25 19.01.2024
  •  87
https://img.baki-baku.az/news/2024/01/photo_10720.jpg

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Şəki şəhərində keçirilib.

Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı seçkiyə hazırlıq məqsədilə maarifləndirmə tədbirlərinin paytaxt və regionları əhatə etdiyini bildirib. O, seçki prosesinin həyata keçirilməsi zamanı aşkarlıq və ədalət prinsiplərinə əsaslanan müşahidəçilik institutunun əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Bu institutun seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasındakı rolunun əhəmiyyətinə toxunub. Bundan başqa, sağlamlıq imkanları məhdud şəxslərin seçki hüququnun təmini məsələsinin zəruriliyi də diqqətə çatdırılıb.

MSK-nın əməkdaşı Samir Tağıyev növbədənkənar prezident seçkilərinə hazırlıq məqsədilə Komissiya tərəfindən görülən işlər, həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı müşahidəçilik institutunun əhəmiyyətinin seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini vurğulayıb.

Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial