USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

DOST Agentliyinin layihəsi nümunəvi təcrübə kimi Avropa Sosial Şəbəkəsinin məlumat bazasına daxil edilib


  • Sosial
  •  16:24 13.01.2024
  •  81
https://img.baki-baku.az/news/2024/01/photo_10592.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Gümüşü DOST – bütün yaşlara hörmətlə” layihəsi nümunəvi təcrübə kimi Avropa Sosial Şəbəkəsinin “Ən Yaxşı Təcrübələr” adlı məlumat bazasına daxil edilib. https://www.esn-eu.org/practices/silver-dost-establishing-respect-all-ages 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, "Gümüşü DOST" ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramının alt proqramlarından biridir.

Həmin layihə çərçivəsində yaşlı şəxslər DOST mərkəzlərində könüllü kimi fəaliyyətə cəlb edilirlər. Məqsəd həmin şəxslərin aktiv həyat tərzinin təmin olunmasına, onlarda özünə inamın artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.

Avropa Sosial Şəbəkəsi 2011-ci ildən quruma üzv ölkələrin sosial xidmətlər sahəsində effektiv həllərin tətbiqi üzrə qabaqcıl təcrübələrini paylaşır.

Bundan əvvəl Avropa Sosial Şəbəkəsi nazirliyin sosial ödənişlərin proaktiv təyinatı mexanizmini də nümunəvi təcrübə kimi təqdim edib. Həmin proaktiv təyinat və “Gümüşü DOST – bütün yaşlara hörmətlə” layihələri “Avropa Sosial Şəbəkəsi Mükafatları -2023” müsabiqəsində finalçı statusu qazanıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial