USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Könüllüləri gənc seçiciləri maarifləndirəcək


  • Sosial
  •  16:15 13.01.2024
  •  91
https://img.baki-baku.az/news/2024/01/photo_10591.jpg

Azərbaycan Könüllü Təşkilatları İttifaqı 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərinin keçirilməsi ilə bağlı maarifləndirici fəaliyyətlərini davam etdirir.

Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Könüllülərinin  “Seçki Könüllüləri” qrupu formalaşdırılıb. Qrupun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri tərəfindən "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, onların hüquq və vəzifələri” mövzusunda qrup liderləri üçün təlim həyata keçirilib, gənc seçicilərdə seçki proseduru və səsverməyə hazırlıqla bağlı yarana biləcək suallar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, yaxın günlərdə “Seçki Könüllüləri” qrupu yerlərdə fəaliyyətə başlayacaqdır.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial