USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində yeni xidmət istifadəyə verilib


  • Sosial
  •  15:20 07.01.2024
  •  72
https://img.baki-baku.az/news/2024/01/photo_10476.jpg?v=MjAyNC0wMS0wNyAxNTozMjoyOQ==

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara göstərilən xidmətin daha da təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə “1542” Çağrı mərkəzinə yeni xidmət əlavə edib.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, bu gündən etibarən vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı suallarını “1542” Çağrı mərkəzinə ünvanlaya biləcəklər. Bunun üçün müvafiq dili seçdikdən sonra 2 düyməsini seçmək lazımdır.

Qeyd olunur ki, bundan əvvəl ikinci xətdə əlillik məsələləri ilə bağlı zənglər qəbul edilirdi. Əlillik üçün göndərişlərin rəsmiləşdirilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri tərəfindən həyata keçirildiyi üçün vətəndaşlar sözügedən məsələ ilə bağlı TƏBİB-in “815” Çağrı mərkəzinə müraciət edə bilərlər.

Məlumat üçün bildirilir ki, agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi beş gün saat 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial