USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Suqovuşanda 190 mənzillik yaşayış məhəlləsinin inşası ilə bağlı son yeniliklər açıqlanıb


  • Sosial
  •  13:02 03.01.2024
  •  117
https://img.baki-baku.az/news/2024/01/photo_10442.jpg

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsində inşaat işləri davam edir. Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 5 çoxmənzilli binanın tikintisi həyata keçirilir.

 Layihə rəhbəri Vidadi Həsənov bildirib ki, yaşayış məhəlləsindəki binaların hər biri beşmərtəbəlidir. 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa edilir.

Artıq üç binanın birinci mərtəbəsinin döşəməsi betonlanıb, ikinci mərtəbədə hazırlıq işləri gedir. Qalan iki binada isə zirzəmidə işlər yekunlaşıb.

Hər biri iki girişli olan binalarda lift quraşdırılacaq. Hər binanın zirzəmisində 22 avtomobil üçün dayanacaq olacaq. İstilik təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Məhəllədə futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası, su anbarı və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.

Xatırladaq ki, Suqovuşan qəsəbəsi Vətən müharibəsində, 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial