USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

FHN-in nümayəndəsi: Separatçılar ərazilərin minalardan təmizlənməsini əngəlləmək üçün süni maneələr yaradıblar


  • Sosial
  •  14:18 26.12.2023
  •  73
https://img.baki-baku.az/news/2023/12/photo_10377.jpg

“Erməni separatçılar ərazilərin minalanması prosesini həyata keçirərkən hərbi sursatların təmizlənməsini əngəlləmək üçün müəyyən süni maneələr yaradıblar”.

Bu fikirləri Ağdamda Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina əleyhinə xüsusi təyinatlı taborunun qərargah rəisi Səbuhi Sarıyev bildirib.

O qeyd edib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir: “İndiyədək Ağdamın bir neçə istiqamətində əsasən yaşayış məntəqələri, su hövzələri yolların keçdiyi ərazilərdə təmizləmə işləri aparılıb”.

S.Sarıyev onu da bildirib ki, mina təmizləmə işləri zamanı bütün minalı ərazilərdə çox sayda metal qırıntıları aşkarlanır:

“Bu da minatəmizləmə işlərinin sürətini azaltmağa yönəlmiş addımdır. Belə ki, mina sahəsində bu cür metal qırıntıları detektorda təhlükə siqnalı verir. Siqnal verən maneənin aşkar edilməsinə isə xeyli vaxt itkisinə səbəb olur. Lakin bütün maneələrə baxmayaraq mina təmizlənməsi işlərinin sürətlə həyata keçiririk”.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial