USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ağacəkmə aksiyası təşkil edilib


  • Sosial
  •  14:50 23.12.2023
  •  89
https://img.baki-baku.az/news/2023/12/photo_10326.jpg

Dekabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.

YAP-ın Mətbuat xidmətindən bildirilib ki, Müşviqabad qəsəbəsinin ərazisində təşkil olunan aksiyada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, YAP Mərkəzi Aparatının əməkdaşları, Gənclər Birliyinin üzvləri, partiyanın Bakı, Sumqayıt və Abşeron təşkilatlarının, həmçinin ETSN-nin nümayəndələri və ekokönüllülər iştirak ediblər.

Aksiya çərçivəsində 700 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib. Bu nəcib təşəbbüs ölkəmizdə həyata keçirilən yaşıllaşdırma siyasətinə daha bir töhfədir.

Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Hazırda bu proses daha geniş vüsət alıb. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasını dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial