USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Füzuliyə köçürülən sakinlər ilk dəfə aktivlərlə təmin edilib


  • Sosial
  •  16:59 15.12.2023
  •  87
https://img.baki-baku.az/news/2023/12/photo_10194.jpg

İşğaldan azad olunan ərazilərdə məskunlaşan sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bir qrup Füzuli şəhər sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, vətəndaşlara öz müraciətləri əsasında qadın gözəllik salonu, kişi bərbəri və kiçik dərzi sexi zərfləri üzrə aktivlər təqdim edilib.

Bununla da Böyük Qayıdış proqramı çərçivəsində öz yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 28-ə çatıb.

Ümumilikdə indiyədək Böyük Qayıdış proqramı çərçivəsində 1000-dən artıq vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlar müvafiq vakansiyalar üzrə işlə təmin olunub, özünüməşğulluq proqramına və peşə hazırlığı kurslarına cəlb edilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial