USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Həştərxanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb


  • Sosial
  •  18:40 12.12.2023
  •  69
https://img.baki-baku.az/news/2023/12/photo_10113.jpg

Dekabrın 12-də, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Həştərxanda Ulu Öndərin abidəsi önünə gül qoyulması mərasimi keçirilib.

 “Volqa” RİA portalına istinadla xəbər verilir ki, tədbirdə Həştərxan vilayəti hökuməti sədrinin müavini Denis Afanasyev, hakimiyyət orqanlarının, regional ictimai təşkilatların təmsilçiləri və şəhər sakinləri iştirak ediblər.

“Biz ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük töhfə verən Heydər Əliyevin xatirəsini hörmətlə anırıq. O, bizim regionun Azərbaycan ilə əməkdaşlığının, çoxillik və səmərəli əlaqələrimizin təməlini qoyub. Bu əlaqələr sayəsində Azərbaycan bu gün Həştərxan vilayətinin əsas tərəfdaşlarından biridir”, - deyə vilayət hökuməti sədrinin müavini Denis Afanasyev qeyd edib.

Regional Xarici Əlaqələr Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir ki, 2023-cü ildə dahi siyasət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi təntənələri çərçivəsində yaradıcılıq müsabiqələri, konfranslar, konsertlər və telekörpülər keçirilib.

Təntənəli tədbirlərdə fəal iştirak edən Həştərxan vilayətinin müəssisə və təşkilatları Heydər Əliyev Fondunun xatirə diplomları və Həştərxan Vilayəti Xarici Əlaqələr Nazirliyinin təşəkkürnamələri ilə mükafatlandırılıb.

Həmin tədbirlərdə bu il dekabrın əvvəlində Həştərxan vilayətində səfərdə olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Sosial