USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avrasiya Patent İdarəsinin prezidenti Azərbaycana gəlir


https://img.baki-baku.az/news/2023/11/photo_9598.jpg

Noyabrın 14-dən 16-dək Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin ölkəmizə rəsmi səfəri nəzərdə tutulur.

Səfərin əsas məqsədi əqli mülkiyyət sahəsində Azərbaycan ilə APT arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, ölkəmizdə qeyd edilən sahə üzrə görülən işlərlə yerində tanışlıq, xüsusən Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyinin iş təcrübəsinin öyrənilməsidir.

Səfər çərçivəsində Q.İvliyevin yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin qonağın “Azərbaycan və Avrasiya Patent Təşkilatı arasında əməkdaşlığın prioritet istiqamətləri” mövzusunda dəyirmi masada iştirakı planlaşdırılır.

Qeyd edək ki, APT 1994-cü ildə Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələrin yerinə yetirilməsi məqsədilə təsis olunub. Hazırda bu beynəlxalq təşkilata 8 dövlət (Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Türkmənistan) daxildir. Azərbaycan Respublikası 1995-ci ildən APT-nın tamhüquqlu üzvüdür.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Elm və təhsil