USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanlı şagirdlər final mərhələsi ABŞ-da keçirilən “The World Scholar’s Cup” Beynəlxalq Olimpiadasında iştirak ediblər


https://img.baki-baku.az/news/2023/11/photo_9481.jpg

40-dan çox ölkədən istedadlı şagirdlərin qatıldığı yarışın illik çempionlar turnesinə ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yel (Yale) universiteti ev sahibliyi edib.

Universitetin “Woolsey Hall” auditoriyasında baş tutan açılış mərasimində ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Vaşinqtondakı səfirliyinin diplomatları, habelə Tanzaniya, Malayziya, Rumıniya, Tayland və Qazaxıstanın diplomatik nümayındəliklərin təmsilciləri və Yel Universitetinin professor və tələbə heyəti və şəhər meriyasının rəsmiləri iştirak ediblər.

Yarışda Azərbaycan nümayəndə heyəti iki məktəbdən ibarət (Oxbridge Akademiyası və Avropa Azərbaycan məktəbi) komanda ilə təmsil olunur. Gənc istedadlar 2-8 noyabr tarixləri arasında mövsümün son çempionlar turnirində öz bilik və bacarıqlarını sınayacaqlar.

Mərasimdə çıxış edən Azərbaycanın Vaşinqtondakı səfirliyinin diplomatı Mahmud Seyidov nüfuzlu yarışda ölkəmizi təmsil edən şagirdləri salamlayıb və onlara finalda uğurlar diləyib. Diplomat bu böyük uğurun Azərbaycanın təhsilə verdiyi diqqət və qayğısının təcəssümü olduğunu vurğulayıb.

Olimpiada çərçivəsində Azərbaycanın Vaşinqtondakı səfirliyinin dəstəyi və ölkəmizin kamandasının birgə təşkilatçılığı ilə Yel Universitetində Azərbaycan guşəsi yaradılacaq.

Azərbaycanlı şagirdlər universitetin tələbələri və turnirdə iştirak edən xarici ölkədən olan şagirdləri Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti barədə məlumatlandıracaqlar.

Qeyd edək ki, “The World Scholar’s Cup”ın birinci regional mərhələsi bu ilin əvvəlində Bakıda keçirilib və paytaxt 800-dən çox şagirdin gərgin elm mübarizəsinə şahidlik edib. Növbəti mərhələdə Londonda keçirilən raundda nailiyyət əldə edənlər hazırki final mərhələsində iştirak etməyə vəsiqə qazanıblar. Olimpiyadanın sonunda mükafantandırma mərasimi keçiriləcək.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Elm və təhsil