USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Təhsil Nazirliyindən dərslikdə erməni bayrağı məsələsi ilə bağlı rəsmi cavab


https://img.baki-baku.az/news/2020/09/photo_943.jpg

Təhsil Nazirliyi dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı açıqlama yayıb. 

Nazirlikdən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib. Təhsil Nazirliyinin məktəblər üçün nəşr etdirdiyi bütün dərsliklərlə www.trims.edu.az saytının “Qrifli dərsliklər” bölməsində tanış olmaq mümkündür. Təhsil sahəsi və dərsliklər ictimaiyyətin daim maraq dairəsində olduğundan  bəzi maraqlı şəxslər vaxtaşırı olaraq belə köhnəlmiş və ya uydurma məlumatları yaymaqla  insanlar arasında süni ajiotaj və narazılıq yaratmağa cəhd edirlər. Çünki bir çox insanlar yayılan xəbəri araşdırmadan onu mütləq həqiqət kimi qəbul edirlər. Təhsil Nazirliyi geniş ictimaiyyətdən dərsliklər barədə yayılan xəbərlərin  doğruluğunu www.trims.edu.az saytı vasitəsilə yoxlamağı xahiş edir.

İstənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması zamanı mövcud qanunvericiliyə əsasən, nəşr üçün nəzərdə tutulmuş materialların senzurasına yol verilmir. Hər bir hüquqi və ya fiziki şəxs nəşriyyat məhsulunun sifarişçisi ola bilər.




Redaktorun seçimi

“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?

Elm və təhsil