USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rəqəmsal bacarıqlar – informatika fənninin fərqli formatda tədrisi


https://img.baki-baku.az/news/2023/10/photo_9252.jpg?v=MjAyMy0xMC0yNCAxMTozMjo0Mg==

2023–2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 410 minədək şagird və 4 500-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə 110 minə yaxın məktəbli cəlb olunub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihə hazırda 53 şəhər və rayon olmaqla ümumilikdə 532 məktəbdə tətbiq edilir.

Layihə çərçivəsində yeni tədris ilində 28 məktəbdə 10 və 11-ci siniflər üçün informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 700-dən çox şagird təhsil alır. Onlardan 580 nəfəri 10-cu sinif şagirdləridir.

2021–2022-ci tədris ilindən layihə çərçivəsində informasiya texnologiyaları sahəsində təhsilini davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənninin dərindən tədris olunduğu ixtisaslaşdırılmış siniflər açılıb. Bu siniflərdə informatika dərsləri həftədə 5 dəfə keçirilir. Dərs zamanı tələbələrə “Python”da alqoritmlər, verilənlərin strukturu, oyun dizaynı, veb-dizayn, 3D modelləşdirmə və şəhər dizaynı, robototexnika və kodlaşdırma kimi istiqamətlər tədris olunur.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlığı çərçivəsində 2017–2018-ci tədris ilindən tətbiq edilir. Layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Elm və təhsil