USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əlyazmalar İnstitutunda H.Z.Tağıyevin 200 illiyi ilə əlaqədar açıq qapı günü


https://img.baki-baku.az/news/2023/10/photo_9211.jpg

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəbin yaradıcısı, görkəmli xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyi ilə əlaqədar açıq qapı günü keçirilib.

Bu münasibətlə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Bakı Kooperasiya Universiteti və Bakı şəhərində yerləşən bir sıra aparıcı təhsil müəssisələrinin müəllim, tələbə və şagird heyəti Əlyazmalar İnstitutunu ziyarət ediblər.

İnstitutun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin tərcüməçisi Aysel Atakişiyeva ziyarətçiləri sözügedən müəssisənin Ekspozisiya zalında yaradılmış “Hacı Zeynalabdin Tağıyev” guşəsi ilə tanış edib, burada nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib. Qonaqlar, həmçinin Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan nadir əlyazmalar, orta əsrlərə aid mühüm tarixi-arxeoqrafik sənədlər, XIX-XX əsr Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin şəxsi arxivlərindəki materiallar və s. barədə də məlumat əldə ediblər.

Ziyarətçilər təşkilatçılığa görə institutun rəhbərliyi və Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.

Anar ƏLİ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Elm və təhsil