USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident Təqaüdçülərinin İctimai Birliyi yaradılacaq


https://img.baki-baku.az/news/2023/10/photo_9149.jpg

Prezident Təqaüdçülərinin İctimai Birliyi yaradılacaq.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Orxan Dəmirli “Heydər Əliyev və Prezident təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” tədbirində deyib.

Orxan Dəmirli bildirib ki, ictimai birliyin təsis sənədləri hazırlanıb, qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunub: "Prezident təqaüdünün təsis olunması Ulu Öndər Heydər Əliyev tərəfindən çağdaş, təhsilli, bilikli Azərbaycan gəncliyinin formalaşması istiqamətində həyata keçirilən islahatların böyük elementidir.

Bu il mayın 5-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfransda Dövlət İmtahan Mərkəzində ilk Prezident təqaüdçüləri toplandı. İyirmi ildən sonra ilk dəfə kompakt formada yığılmışdıq. Orada bir daha anladıq ki, Ulu Öndər tərəfindən qarşımıza qoyulan öhdəlikləri hələ də dərk edirik, məsuliyyətin təsiri altındayıq. Hər kəs fərdi qaydada müəyyən işlər görməyə çalışır. Həmin konfransda belə bir təşəbbüs irəli sürüldü ki, Prezident təqaüdçülərinin birliyini formalaşdırıb, səylərimizi birləşdirək.

Cəmiyyətin yaradılmasının məqsədi Prezidentin sərəncamları əsasında Prezident təqaüdünə layiq görülən bütün gənclərin səylərinin birləşdirilməsi, Ulu Öndərin irsinin və ideyalarının cəmiyyətimizdə təbliği, ölkəmizdə, xüsusilə regionlarda yaşayan istedadlı, təhsildə fərqlənən gənclərin təlim-tədrisi və sonrakı inkişafında dövlətimiz tərəfindən görülən tədbirlərə əlavə dəstək tədbirlərinin görülməsi istiqamətində bütün səylərin birləşdirilməsidir. Ümidvaram ki, birliyimiz qeydə alınacaq. Hər birinizi üz olmağa dəvət edirəm. Prezident təqaüdçüləri olaraq ictimai birlik adı altında bütün səylərimizi səfərbər edəcəyik”.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Elm və təhsil