USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı Dövlət Universiteti Beynəlxalq Astronavtika Federasiyasına rəsmi üzv seçilib


https://img.baki-baku.az/news/2023/10/photo_8723.jpg

Bakı Dövlət Universiteti (BDU) Beynəlxalq Astronavtika Federasiyasının (BAF) Baş Assambleyasının 2023-cü il üçün ilk sessiyasında rəsmi üzv seçilib. Bu seçki hazırda Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC 2023) çərçivəsində reallaşıb.

Bu barədə XQ-yə BDU-dan məlumat verilib.

BDU-da astrofizika, kosmos və əlaqəli sahələrdə də araşdırmalar aparılır. Beynəlxalq Astronavtika Federasiyasının rəsmi üzvü seçilməsi BDU-nun bu sahələrdə uğurlu layihələrinin sayını daha da artıracaq.

BAF-ın rəsmi üzvü olaraq BDU Azərbaycanı beynəlxalq tədqiqatlar sahəsində daha geniş təmsil edəcək. Bu, eyni zamanda, Azərbaycanın kosmos sahəsindəki inkişafına, yeni əməkdaşlıq və tədqiqat imkanlarının yaranmasına töhfə verəcək. Digər tərəfdən, BDU-nun BAF-ın rəsmi üzvü seçilməsi universitetin astrofizika və kosmos sahələrində tədqiqatlarda nüfuzunu daha da artıracaq.

BDU bu nailiyyəti kosmos tədqiqatları və inkişafı sahəsindəki səmimi əməkdaşlıq və təşəbbüsünün bir nəticəsi kimi qəbul edir. BAF-ın rəsmi üzvü seçilməsi universitetin inkişafının növbəti bir addımıdır.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Elm və təhsil