USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AMEA-nın elmi müəssisə və təşkilatlarında Elektron xidmətlər şöbəsi yaradılıb


https://img.baki-baku.az/news/2023/09/photo_8174.jpg

AMEA Rəyasət Heyətinin iclasında akademiyanın elmi müəssisə və təşkilatlarında Elektron xidmətlər şöbəsinin yaradılması haqqında məsələyə baxılıb.

Qeyd olunub ki, akademiyada sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, elektron imza texnologiyasının tətbiqi, onun kompleks olaraq kibertəhlükəsizliyinin təmin edilməsi və s. istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və sistemliliyin təmin edilməsi məqsədilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA-nın Qafqazşünaslıq İnstitutunda daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində İnformasiya şöbəsinin və Veb-sayt qrupunun bazasında Elektron xidmətlər şöbəsinin yaradılması haqqında qərar qəbul olunub. Bununla yanaşı, AMEA-nın Naxçıvan bölməsində Beynəlxalq əlaqələr və informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Beynəlxalq əlaqələr şöbəsinin və Elektron xidmətlər şöbəsinin, Gəncə bölməsində İnformasiya texnologiyaları şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin Şəki Regional Elmi Mərkəzində Elmi-texniki informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, Lənkəran Regional Elmi Mərkəzində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması barədə qərar qəbul edilib. Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin və AMEA-nın “Elm” Nəşriyyatında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Elm və təhsil