USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 51 nəfər qeydiyyatdan keçib


https://img.baki-baku.az/news/2023/09/photo_8142.png

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 17-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-ü saat 11:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 51 (AB - 15, AC - 36) namizəd qeydiyyatdan keçib.

İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalidir. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Elm və təhsil