USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

COVID-19-la mübarizədə at plazması YENİLİK


https://img.baki-baku.az/news/2020/08/photo_81.jpg?v=MjAyMC0wOC0xNCAxMjo1NTo1NA==

Braziliyalı mütəxəssislər atın plazmasının tədqiqi üçün patent alıblar. Bu plazma COVID-19-a qarşı mübarizə üçün həmin xəstəliyə yoluxmuş insanların orqanizmində yaranan anticismlərdən 50 dəfə güclü təsirə malik olan anticismləri istehsal edir.

AZƏRTAC xəbər verir ki, Rio-de-Janeyroda Vital Brazil (ictimai səhiyyə üçün immunobioloji preparatlar) İnstitutunun məlumatına görə, 2020-ci ilin may ayında 5 ata koronavirus S rekombinant zülalı peyvənd edilib. 70 gün sonra həmin beş atdan dördünün plazması tədqiq edilib və məlum olub ki, bu plazmanın tərkibindəki neytrallaşdırıcı anticismlər yeni virusa qarşı həmin xəstəliyə yoluxmuş insanların orqanizmində yaranan anticismlərlə müqaqyisədə 20-50 dəfə güclü təsirə malikdir.

Bu nəticələr alındıqdan sonra braziliyalı mütəxəssislər SARS-CoV-2 virusuna qarşı immunalşdırılmış atlardan alınmış zərdab yaradıblar. Araşdırmanın növbəti mərhələlərində bu zərdab insanlar üzərində sınaqdan keçirilməlidir.

Vital Brazil İnstitutunun prezidenti Adilson Stoletin sözlərinə görə, at plazması ilə bağlı eksperiment böyük miqyasda müalicə aparmağa imkan verəcək. Plazmanın götürülməsi prosesində heyvanlar zərər çəkmir və beləliklə, münasib qiymətə böyük miqdarda dərman alınacaq.

Alimlər vurğulayıblar ki, SARS-CoV-2 virusuna qarşı bəyənilmiş vaksin hələlik yoxdur və hətta sonralar da, bütün dünyada vaksinləşdirməyə yüksək tələbin təmin edilməsi ilə bağlı çətinliklər üzündən, zərdab terapiyası yolu ilə passiv immunlaşdırmadan istifadə edilməsi alternativ varinat hesab olunmalıdır.

Dünyada koronavirus pandemiyasından ən çox əziyyət çəkmiş ölkələrdən biri olan Braziliyada 3.180.758 COVID-19 koronavirusuna yoluxma və 104.528 ölüm halı qeydə alınıb.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Elm və təhsil