USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kişinyovdakı Azərbaycan dili həftəsonu məktəbi yeni tədris ilinə hazırlaşır


https://img.baki-baku.az/news/2023/09/photo_8050.jpg

Kişinyov şəhərində fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin (CAM) nəzdində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbi yeni tədris ilinə başlayıb.

CAM sədri Elçin Bayramov Moldova paytaxtında yaşayan soydaşlarımızın övladlarının yeni tədris ilinin başlamasını səbirsizliklə gözlədiklərini bildirib. “9 sentyabr 2023-cü il tarixindən Azərbaycan dili həftəsonu məktəbi qapılarını yenidən şagirdlərin üzünə açacaq. Ötən il olduğu kimi, 2023-2024-cü tədris ilində də şagirdlər hər bazar günü Azərbaycan dili, tarixi və mədəniyyətini öyrənmək imkanı əldə edəcəklər”.

Elçin Bayramov bildirib edib ki, məktəbdə şagirdləri yeni biliklər, xoş tanışlıqlar, bol ünsiyyət və zəngin proqram gözləyir.

Qeyd edək ki, Azərbaycan dili həftəsonu məktəbi ötən ilin iyul ayından etibarən CAM-ın nəzdində fəaliyyət göstərir. Məktəbin təsis olunmasında əsas məqsəd Moldovada yaşayan azərbaycanlı məktəblilərə Azərbaycan dilinin, zəngin tariximizin və ədəbiyyatımızın öyrədilməsidir.




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Elm və təhsil