USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İnformasiya təhlükəsizliyi sahəsində xarici ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq genişləndiriləcək


https://img.baki-baku.az/news/2023/08/photo_7839.jpg

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində xarici ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsinə, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, beynəlxalq seminar və konfranslarda iştirakın təmin edilməsinə təşkilati dəstək veriləcək.

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, Elm və Təhsil Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə müntəzəm olaraq, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində xarici ölkələrin qabaqcıl elmi mərkəzlərinin müəyyənləşdirilməsi, birgə elmi-tədqiqat layihələrinə başlanılması və müvafiq sahədə xarici ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsini təmin etməlidir.




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Elm və təhsil