USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dövlət Proqramı çərçivəsində “Rəqəmsal savadlılıq” mövzusunda təlim keçirilib


https://img.baki-baku.az/news/2023/08/photo_7773.jpg

Təhsil İnstitutu işğaldan azad olunmuş ərazilərə qayıdan əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə “Rəqəmsal savadlılıq” mövzusunda təlim keçirib.

İnstitutdan bildirilib ki, təlim “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil olunub. Belə ki, əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili Dövlət Proqramının tədbirlər planında yer alıb.

Təlimin keçirilməsində məqsəd işğaldan azad olunmuş ərazilərə qayıdan əhalinin informasiya-kommunikasiya texnologiyaları (İKT) və digər müasir texnologiyalardan istifadə üzrə praktik bacarıqlara yiyələnməsi olub. Təlim müddətində iştirakçılara XXI əsr bacarıqları və müasir informasiya-kommunikasiya texnologiyaları, İKT-dən istifadə bacarıqlarının formalaşdırılması, internet və virtual kommunikasiya, ofis proqramlarından ictimai həyatda istifadə imkanları, onlayn sorğuların təşkili və faylların saxlanılması, rəqəmsal transformasiya, elektron hökumət, təhsildə informasiya sistemləri və digər məsələlərə dair məlumatlar paylaşılıb.

Qeyd edək ki, 36 akademik saatı əhatə edən təlim institutun Metodik dəstək və peşəkar inkişaf mərkəzində keçirilib.




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Elm və təhsil